00:00:00
Yazar
Admin User
24.11.2015 11:12 437 2 dəq oxuma
Siyasət

Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin ilk iclası öz işinə başlayıb

Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin ilk iclası öz işinə başlayıb.
Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin ilk iclası öz işinə başlayıb

Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin ilk iclası öz işinə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açdı. O dedi ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, yeni seçilmiş Milli Məclisin birinci iclasını ən yaşlı deputat aparır. Bu missiya Milli Məclisin deputatı Fəttah Heydərova nəsib olub.

İclasa sədrlik edən Fəttah Heydərov beşinci çağırış Milli Məclisin iclasını açıq elan etdi.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

İclasa sədrlik edən Fəttah Heydərov dedi ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə əsasən yeni çağırış Milli Məclisin ilk iclasında seçilən deputatların siyahısı oxunmalı, Hesablayıcı Komissiya və Milli Məclisin sədri seçilməlidir.

Sonra F.Heydərov beşinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxudu.

Fəttah Heydərov beşinci çağırış Milli Məclisin ilk iclasında çıxış üçün sözü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verdi.

Dövlətimizin başçısı beşinci çağırış Milli Məclisin birinci iclasında nitq söylədi.

İclasın sədri Hesablayıcı Komissiyanın tərkibinə namizədlərin adlarını elan etdi. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən namizədlər bütövlükdə səsə qoyularaq təsdiq edildilər.

Sonra Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, parlamentin sədri vəzifəsinə deputat Oqtay Əsədovun namizədliyi irəli sürüldü.

Oqtay Əsədov Milli Məclisin sədri vəzifəsinə onun namizədliyinin irəli sürülməsinə görə Yeni Azərbaycan Partiyasının sədrinə və partiya həmfikirlərinə minnətdarlığını bildirdi.

Hesablayıcı Komissiyanın sədri İsa Həbibbəyli səsvermənin keçirilməsi qaydaları haqqında məlumat verdi.

Gizli səsvermədə iştirak edən 124 deputatın hamısı Oqtay Əsədovun namizədliyinin lehinə səs verdi. Beləliklə, Oqtay Əsədov Azərbaycan Respublikası Milli Məclisinin sədri seçildi.

Milli Məclisin sədri Oqtay Əsədov ona göstərilən etimada görə minnətdarlığını bildirdi.

Sonra Milli Məclis sədrinin müavinləri seçildi.

Deputat Ziyafət Əsgərov Milli Məclis sədrinin birinci müavini, Bahar Muradova və Valeh Ələsgərov sədrin müavinləri seçildilər.

Daha sonra Milli Məclis komitələrinin sədrləri seçildilər.

Deputat Əli Hüseynli Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Ziyad Səmədzadə iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Valeh Ələsgərov təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Eldar İbrahimov aqrar siyasət komitəsinin, Hadi Rəcəbli əmək və sosial siyasət komitəsinin, Arif Rəhimzadə regional məsələlər komitəsinin, İsa Həbibbəyli elm və təhsil komitəsinin, Rafael Hüseynov mədəniyyət komitəsinin, Bahar Muradova insan hüquqları komitəsinin, Səməd Seyidov beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Əhliman Əmiraslanov yeni yaradılan səhiyyə komitəsinin, Aqiyə Naxçıvanlı yeni yaradılan ailə, qadın və uşaq məsələləri komitəsinin, Siyavuş Novruzov yeni yaradılan ictimai birliklər və dini qurumlar komitəsinin, Fuad Muradov yeni yaradılan gənclər və idman komitəsinin sədrləri təsdiq edildilər.

Bununla da beşinci çağırış Milli Məclisin birinci iş günü başa çatdı.



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər