00:00:00
Yazar
Admin User
05.01.2026 18:16 75 2 dəq oxuma
Sosial

Azərbaycan süni intellekt indeksində 41 pillə irəliləyib

Azərbaycan süni intellekt indeksində 41 pillə irəliləyib

Azərbaycan hökumətlərin süni intellektdən istifadəyə hazırlıq indeksində bir il ərzində 41 pillə irəliləyərək 111-ci yerdən 70-ci yerə yüksəlib. “Oxford Insights”in 2025-ci il hesabatına görə, ölkənin ümumi balı 48,96 olub. (2024-cü ildə 39,92)

 

Azərbaycan Cənubi Qafqazda lider, Mərkəzi Asiyada isə 3-cü yerdədir. Ən yüksək nəticələr dövlət sektorunda AI-nin tətbiqi (66,97 bal) və dayanıqlılıq (58,27 bal) sahələrində qeydə alınıb.

 

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, əsas məsələ onların səmərəli və düzgün şəkildə həyata keçirilməsidir:

 

“Hazırda bu sahədə irəliləyişin əsas səbəbi dövlətin göstərdiyi münasibətdir. Dövlət proqramının qəbul olunması, bu proqrama vəsait ayrılması, müzakirələrin təşkil olunması və Bakıda mövzuya dair genişmiqyaslı tədbirin keçirilməsi bu istiqamətdə pozitiv təsir yaradır. Lakin praktiki tətbiqlə bağlı hələ də bir sıra suallar mövcuddur.

 

Məsələn, bu proqram vergi sistemində necə tətbiq olunacaq? Gömrük sistemində hansı dəyişikliklər baş verəcək? Hüquq-mühafizə orqanlarında necə işləyəcək? Və bu tətbiqlər iş adamları üçün hansı üstünlükləri gətirəcək? Strategiyada mərhələli şəkildə bu məsələlərə dair addımlar nəzərdə tutulub, lakin onların həyata keçirilməsi zaman tələb edir.

 

Hazırda iqtisadi sahədə bu təşəbbüslərin ciddi və hiss olunan təsirləri müşahidə olunmur. Məsələn, ümumi daxili məhsulun (ÜDM) artım tempi xeyli aşağı düşüb və bu, yeni proqramın iqtisadiyyata birbaşa və güclü təsir göstərmədiyini göstərir. Əgər ciddi təsir olsaydı, ÜDM-də artım və digər göstəricilərdə dalğavari müsbət dəyişikliklər görünərdi.

 

Bununla belə, istiqamət doğrudur, qəbul olunan strategiyalar məqsədəuyğundur. İndi əsas məsələ onların səmərəli və düzgün şəkildə həyata keçirilməsidir”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər