00:00:00
Yazar
Admin User
07.05.2025 06:24 298 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycan Türkiyədən gətirilən məhsula qoyduğu məhdudiyyəti aradan qaldırıb

Azərbaycan Türkiyədən gətirilən məhsula qoyduğu məhdudiyyəti aradan qaldırıb

Türkiyənin "Pharmanor İlaç San. Tic. Ltd. Şti” müəssisəsinin istehsalı olan bioloji aktiv qida məhsulunda aşkarlanan uyğunsuzluqla əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idxala qoyulan müvəqqəti məhdudiyyəti aradan qaldırıb.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

 

Bildirilib ki, AQTA-nın bildirişi əsasında Türkiyənin aidiyyəti qurumu tərəfindən istehsalçı müəssisədə müayinələr aparılıb. Görülmüş müvafiq sağlamlaşdırıcı və nəzarət tədbirləri ilə bağlı Agentliyə ətraflı məlumat verilib.

 

Bununla əlaqədar, müəyyən edilmiş uyğunsuzluğun aradan qaldırılması nəzərə alınaraq sözügedən istehsalçının Azərbaycana məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.

 

AQTA-nın qərarı ilə bağlı Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinə məktub ünvanlanıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər