00:00:00
Yazar
Admin User
12.01.2026 15:29 198 2 dəq oxuma
Siyasət

Azərbaycan və ABŞ nümayəndələri TRIPP-in inkişaf perspektivlərini müzakirə edib

Azərbaycan və ABŞ nümayəndələri TRIPP-in inkişaf perspektivlərini müzakirə edib

12 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Yaxın Şərq, Şimali Afrika, Avropa və Avrasiya regionları üzrə regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Mövzu ilə bağlı deputat Hikmət Babaoğlu “İnformator. az” a açıqlamasında bildirib ki, 2025 ci il 8 avqust ABŞ ilə Azərbaycan münasibətləri tarixi an olaraq qalacaq:

 

“ABŞ-nin paytaxtında Ermənistan və Azərbaycan arasında sülh lahiyəsi paraflandı. Azərbaycanla ABŞ-nin arasında iki tərəfli münasibətlərdə yeni tarixi mərhələ başlayıb. Bu münasibət Azərbaycanı təkcə Cənubi Qafqazda deyil daha geniş regionda və müsəlman dünyasında mövqeyini öne çıxartmış olub. Biz müsəlman coğrafiyasına islam əməkdaşlıq ölkələrinə baxdıqda bu coğrafiyanın Afrikadan Mərkəzi Asiyaya qədər Cənubi Şərqi Asiyadan Balkanlara qədər uzandığını görəcəyik. Bu geniş coğrafiya içərsində vacib tərəfdaş kimi ABŞ- nin Azərbaycanı seçməsi Azərbaycanın möqveyinin rolunu, gücünün qəbul edilməsi deməkdir. Beynəlxaq münasibətlərdə etibarlı və sadiq tərəfdaş olmasının gösdəricisi deməkdir.Tramp marşrutu sadəcə Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizinin açılması deyil,Tramp marşrutu, həm də Çindən tutmuş orta Asiyadan tutmuş Cənubi Qafqazdan keçərək Avropaya qədər uzanan uzun bir yolun seqmentidir.Buna görədə dəhlizin açılması ABŞ-nin strateji maraqları üçün vacibdir. Bu gün biz yeni dünya nizamından danışırıq .Yeni dünya nizamından danışarkən çox qütblü dünyadan danışırıq. ABŞ- ın ayrı nizam qurmaq məqsədləri var. Əgər müqayisə etsək qlobal cəmiyyət yoxsa qlobal dövlət ABŞ bu məqsədlərə daha yaxındır.Əlbəttəki biz çox təzadlı nəticələr görə bilərik. Bu zaman aydın olur ki, ABŞ-nin görmək istədiyi yeni dünya nizamı fərqlidir. Azərbaycan isə hər iki paralel yeni dünya nizamı üçün hazırdır və qlobal cəmiyyət , qlobal münasibətlər sisteminin hər birində öz yerini və öz rolunu əvvəlcədən müəyyənləşdiribdir. Burda ABŞ ilə münasibətlər mühim əhəmiyyət kəsb edir”.

 

Selcan Xudiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər