00:00:00
Yazar
Admin User
04.02.2026 15:54 58 1 dəq oxuma
Siyasət

Azərbaycan və Ermənistan liderləri Əbu-Dabidə görüş keçiriblər

Azərbaycan və Ermənistan liderləri Əbu-Dabidə görüş keçiriblər

Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında geniş tərkibdə görüş keçirilib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, Əbu-Dabidə Prezident İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü sülh istiqamətində atılan addımların müzakirəsi üçün fürsət idi:

 

"Tərəflər bu fürsətdən istifadə edib, bundan sonra prossesin necə irəliləyəcəyi barədə fikir mübadiləsi aparıblar. Nəticədə normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyi vurğulanıb. Xüsusilə, ticarət imkanları barədə müzakirələr aparılıb. Nəzərə almaq lazımdır ki, məhz Azərbaycanın yaratdığı ticarət imkanları Ermənistan cəmiyyətində sülhə inamı artırıb. Artıq Ermənistan vətəndaşları Azərbaycan vasitəsilə taxıl əldə edir və Bakı neftindən istifadə edir. Bu səbəbdəndir ki, tərəflər ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər. Əslində indi konkret addımlar atmaq növbəsi Paşinyandadır. Paşinyan həm ticarət əlaqələrinə necə tövhə verə biləcəyi ilə bağlı təkliflərini verməlidir, həm də Zəngəzur dəhlizinin açılması üçün fəaliyyətini sürətləndirməlidir".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər