Azərbaycan və Fələstin arasında elm və təhsil sahəsində əməkdaşlıq perspektivləri
Noyabrın 6-da Elm və Təhsil naziri Emin Əmrullayev Fələstin Dövlətinin Azərbaycandakı səfiri Ahmed Metani ilə görüşüb. Görüşdə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında elm və təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, görüşün əsas məqsədi Azərbaycanla Fələstin arasında elm və təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyətini dəyərləndirmək eləcə də gələcək inkişaf imkanlarını müzakirə etmək olub.
“Belə görüşlər adətən bu istiqaməti əhatə edir. Ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi birgə elmi lahiyələr və tədqiqat əməkdaşlıqları təhsil proqramlarının və dil öyrənmə təşəbbüşlərinin inkişafı, iki ölkənin təhsil sistemləri arasında təcrübə mübadiləsi. Bu cür diplomatik təhsil görüşləri həm beynəlxalq əlaqələrin möhkəmlənməsinə, həm də iki xalq arasında mədəni və elmi inteqrasiyanın dərinləşməsinə xidmət edir. Azərbaycan və Fələstin arasında elm və təhsil sahəsində əməkdaşlıq çərçivəsində tələbələr bir sıra unikal imkanlardan yararlana bilərlər həm akedemik, həm də mədəni inkişaf baxımından bu əhəmiyyətlidir. Məsələn, biz bura tələbə mübadilə proqramlarını daxil edə bilərik. Hər iki ölkənin ali təhsil müəssisələri arasında razılaşmalar nəticəsində tələbələr müəyyən müddət ərzində digər ölkədə təhsil almaq imkanı əldə edə bilərlər bu onların beynəlxalq təcrübə və dünyagörüşünü genişləndirər. Əlavə olaraq birgə elmi tədqiqatlar və lahiyələrdə iştirak imkanı yarana bilər xüsusilə, bu mühəndislik,informasiya texnologiyaları, səhiyyə və sosial elmlər sahəsində birgə lahiyələr həyata keçirə bilər. Tələbələr bu lahiyələrdə tədqiqatçı kimi iştirak edib, elmi təcrübə qazana bilərlər. Həmçinin ikili diplom proqramları həyata keçirilə bilər, gələcəkdə universitetlər arasında razılaşma olarsa, tələbələr həm Azərbaycan,həm də Fələstin universitetlərin diplomunu eyni zamanda almaq imkanına malik ola bilərlər. Eləcə də ərəb və Azərbaycan dillərini öyrənə bilərlər. Hər iki ölkənin mədəni və dil müxtəlifliyi faydalanaraq tələbələr qarşılıqlı şəkildə ərəb və yaxud da Azərbaycan dilini öyrənə bilərlər ki, bu da region daxili əməkdaşlıqda üstünlük qazanar. Mədəni və sosial lahiyələrdə iştirak edə bilərlər tələbələr mədəniyyət günləri,tələbə forumları və könüllülük proqramları vasitəsilə hər iki ölkənin tarixi, ənənələri və dəyərləri ilə yaxından tanış ola bilərlər və ən əsası da təcrübə və iş imkanları əldə edə bilərlər. Ümumiyyətlə, universitetlər arası təcrübə və tədqiqat mübadiləsi adətən bir neçə konent və mexanizm vasitəsilə həyata keçirilir. Azərbaycan təhsil sistemi Fələstin təcrübəsində bir neçə əhəmiyyətli istiqamətdə faydalana bilər Fələstin təhsil modeli xüsusilə, çətin şəraitdə belə elm və innovasiya verdiyi önəmlə seçildiyi üçün bəzi nümunələr Azərbaycan üçün də əhəmiyyətli ola bilər.Bura daxil edə bilərəm, rəqəmsal məsafədən təhsil, STEAM təhsili, universitet sənaye əməkdaşlığı, beynəlxalq təhsil şəbəkələrinə inteqrasiya,dil və mədəniyyətin tədrisinin genişləndirilməsi və.s. Ümumilikdə, Fələstin təcrübəsi Azərbaycan üçün rəqəmsallaşma, praktik yönümlü tədris, milli-mənəvi dəyərlərin qurulması və beynəlxalq əməkdaşlıq sahələrində nümunə ola bilər”.
Ədilə Hüseynzadə
