00:00:00
Yazar
Admin User
05.02.2026 17:45 48 1 dəq oxuma
Sosial

Azərbaycan və Gürcüstan arasında təhsil layihələrinin nəticələri müzakirə olunub

Azərbaycan və Gürcüstan arasında təhsil layihələrinin nəticələri müzakirə olunub

Dubayda keçirilən Hökumətlərarası Zirvə Görüşü çərçivəsində Azərbaycanın Elm və Təhsil naziri Emin Əmrullayev Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşüb. Görüşdə iki ölkə arasında təhsil sahəsində həyata keçirilən əməkdaşlığın nəticələri və gələcək inkişaf perspektivləri müzakirə olunub.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, Azərbaycan və Gürcüstan arasında təhsil layihələrinin nəticələrinin müzakirəsi üçün elm və təhsil nazirlərinin görüşü böyük əhəmiyyət kəsb edir:

 

“Bu görüş ilk növbədə "Transkafkas" təhsil dəhlizinin yaradılması perspektivini gündəmə gətirir. Azərbaycan regionun lider dövlətidir və ölkənin inkişafında elm və təhsilin rolu hər zaman önəmli olub. Hər iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin artırılması və təhsil vasitəsilə dövlətlərarası münasibətlərin inkişafı xeyli səmərəli ola bilər".

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər