00:00:00
Yazar
Admin User
06.02.2024 16:05 500 1 dəq oxuma
Siyasət

Azərbaycan və İran arasındakı münasibətlər normala dönəcək

Azərbaycan və İran arasındakı münasibətlər normala dönəcək

27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadənin məhkəməsi başa çatıb. Məhkəmənin qərarına görə Yasin Hüseynzadəyə ölüm hökmü oxunub.

Bəs verilən bu qərar Azərbaycan və İran arasındaki münasibətlərə necə təsir göstərəcək?

Politoloq Ramiz Alıyev informator.az-a açıqlaması zamanı  sualımızı cavablandırıb:

 

"Azərbaycanın İrandakı səfirliyinə hücum edən terrorçunun məhkəməsi ilə bağlı  gedən prosesləri Azərbaycanda ciddi şəkildə izləyirlər. Daha yaxşı olardı ki, İran istintaq proseslərini Azərbaycanla birgə aparardı. Çünki baş verən bu hadisə zamanı bir Azərbaycan vətəndaşı həyatını itirib. Əlbəttə, bu hadisə İranın da beynəlxalq nüfuzuna xələl gətirib. Çünki İran ölkəsindəki diplomatik korpusların nümayəndələrinin təhlükəsizliyini təmin etməli idi. Amma əfsus ki, o, bunu bacarmadı.
Bu hadisəni törədən terrorçunun cəzalandırılması isə doğru  qərardır".

 

Ramiz Alıyev  deyir ki, Azərbaycan heç vaxt qonşu ölkələrlə öz münasibətlərini korlamaq istəməyib.

 

"İnanıram ki, bu qərardan sonra ölkələr arasında münasibətlər normala dönəcək".

 

Yusif Mamedov

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər