00:00:00
Yazar
Admin User
02.03.2015 15:22 475 1 dəq oxuma
Siyasət

Azərbaycan və İsrail QHT-i arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azay Quliyev İsrailin ölkəmizdəki səfiri Rafael Harpazla görüşüb.
Azərbaycan və İsrail QHT-i arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz və onun müavini Ronen Krauszla görüşüb. 

Səfir Harpaz dövlətlərimiz arasında dinamik inkişaf edən münasibətlərin səviyyəsindən razılığını bildirib vəXocalı soyqırımı ilə bağlı bu günlərdə İsraildə keçirilən tədbirdə Xarici İşlər Naziri Aviqdor Libermanın iştirakının buna sübut olduğunu deyib. Səfir Azərbaycan Respublikasının dünyəviliyin sözün həqiqi mənasında mövcud olduğu islam ölkəsi kimi unikallığı ilə seçildiyini bildirib və ölkəmizin multikultralizm təcrübəsinin bütün dünyada tətbiq olunmasının vacibliyini diqqətə çatdırıb.

Şura sədri Azay Quliyev yəhudi icmasının tarix boyu Azərbaycanda bərabərhüquqluluq şəraitində yaşadığını və ölkə həyatının bütün sahələrində fəal iştirak etdiyini deyib. Şuranın bütün QHT-lərlə, o cümlədən yəhudi icmasının yerli və beynəlxalq təşkilatları ilə möhkəm əməkdaşlıq münasibətlərinin qurulmasında maraqlı olduğunu bildirib. 

Görüşdə Azərbaycan və İsrail QHT-lərinin əməkdaşlıq imkanları haqqında müzakirələr aparılıb.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər