Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və Astana şəhər administrasiyasının rəhbəri Jenis Kasımbek hər iki dövlətin paytaxtları arasında əməkdaşlığın inkişafını müzakirə ediblər.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında politoloq Sədrəddin Soltan bildirib ki,Azərbaycan-Qazaxıstan əməkdaşlığı regional əhəmiyyət daşıyır:
“Qazaxıstan Azərbaycan Respublikası ilə müstəqilliklərini elan etdikləri gündəb indiyə qədər iqtisadi, ticarət, mədəni sahələrdə əməkdaşlıq edir və bu əməkdaşlıq Türk Dövlətləri Təşkilatı çərçivəsində Mərkəzi Asiya və Azərbaycan Respublikası məşvərət toplantısı çərçivəsində eləcə də İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və s. təşkilatlar çərçivəsində davam edir və bilirik ki,xarici siyasətdə də oxşarlıqları var.
Azərbaycan torpaqlarının işğal olunduğu dövrdə də Qazaxıstan davamlı şəkildə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edib. Almatı bəyanaməsinin Qazaxıstanın keçmiş paytaxtında Azərbaycan -Ermənistan arasında memorandumun Almatı şəhərində imzalanması da Azərbaycanın bu ölkəyə ehtiramını göstərir. O cümlədən, ölkələrin paytaxtları arasında, yəni Bakı ilə Qazaxıstanın paytaxtı arasında qardaşlaşmış şəhər kimi münasibətlərin qurulması, bu şəhərlər arasında iqtisadi, mədəni, texnoloji, elmi sahəsində əməkdaşlıq üçün bağlanan müqavilədir. Bu müqavilələrin imzalanması Bakı ilə Astana arasında iqtisadi-ticarət mədəni ictimai sahələrdə əməkdaşlığın genişlənməsinə eləcə də paytaxtların birbirinə yaxınlaşmasına yardım edər, həm də bu iki dövlətin siyasi məsələlərə baxışına təkan verər. Bu iki görüş Azərbaycan və Qazaxıstan arasında münasibətlərin yüksək səviyyədə inkişafının göstəricisidir və bu inkişaf hər iki tərəfin mədəni, iqtisadi, siyasi, sosial əməkdaşlığına ilham verir. Təbii ki, Azərbaycanın istənilən dövlətlə əməkdaşlığı, yaxud əməkdaşlığı yaxud bu tip anlaşmaları regional əhəmiyyət kəsb edir. Bu, həm Mərkəzi Asiya, həm də Cənub Qafqaz üçün önəmli hadisə sayıla bilər. Və perspektivdə Azərbaycanla Qazaxıstanın baş şəhərləri arasında da oxşar müqavilələrin imzalanmasına gətirməsi, məsələn, Gəncə ilə Almatı arasında və s. Fikrimcə, bu əlaqələr daha çox ticarət əlaqələrin inkişafına, mədəni əlaqələrin inkişafına, gediş-gəlişin sürətlənməsinə, əhalinin artmasına, turizm sahəsinə konkret müsbət nəticələr verə bilər”.
Arzu Poladova
