00:00:00
Yazar
Admin User
08.04.2021 10:34 479 1 dəq oxuma
Siyasət

Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri başlayıb

Təlimlər aprelin 9-dək davam edəcək.
Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri başlayıb

Aprelin 8-də ölkəmizdə Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başlayıb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İnformator.az-a bildiriblər ki, təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçirilir.

 

Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

 

Təlimlər aprelin 9-dək davam edəcək.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər