00:00:00
Yazar
Admin User
06.02.2026 18:09 54 2 dəq oxuma
Siyasət

Azərbaycan və Yaponiya arasında əməkdaşlıq güclənir

Azərbaycan və Yaponiya arasında əməkdaşlıq güclənir

Azərbaycanla Yaponiya arasında siyasi, iqtisadi və texnoloji sahələrdə əməkdaşlıq daha da intensivləşib. Qarşılıqlı səfərlər, birgə layihələr və investisiya imkanları iki ölkə arasındakı münasibətlərin strateji xarakter aldığını göstərir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Azərbaycan Yaponiya ilə iqtisadi əməkdaşlığa önəm verir və balanslı xarici siyasət yürüdür:

 

"Azərbaycan xarici siyasətində dünyanın hansı regionunda yerləşməsindən asılı olmayaraq, müxtəlif ölkələrlə yaxın əməkdaşlıqda daim maraqlı olub. Bu baxımdan Yaponiya iqtisadi gücü, texnoloji inkişafı və qlobal miqyasda əldə etdiyi nailiyyətlərlə seçilən ölkələrdən biridir. Belə bir ölkə ilə Azərbaycanın yaxın əməkdaşlıq qurması rəsmi Bakının maraqlarına tam şəkildə cavab verir. Hesab edirəm ki, qarşıdakı dövrdə Azərbaycan-Yaponiya münasibətləri daha da sürətlə inkişaf edəcək. Eyni zamanda Azərbaycan Çinlə də yaxın əlaqələrə malikdir. Halbuki Çinlə Yaponiya arasında tarixi münaqişə mövcuddur və münasibətlər gərgin səviyyədədir. Buna baxmayaraq, Azərbaycan hər iki ölkə ilə münasibətləri normal çərçivədə saxlamağa çalışır və balanslı xarici siyasət yürüdür. Rəsmi Bakının bu yanaşması təqdirəlayiqdir.

 

Azərbaycanın Yaponiya ilə münasibətləri əsasən iqtisadi sahədə inkişaf edir. Siyasi müstəvidə isə maraqların tam üst-üstə düşməməsi, eləcə də Yaponiyanın Cənubi Qafqaz regionunda birbaşa strateji maraqlarının məhdud olması səbəbindən əlaqələr o qədər də geniş deyil. Bununla belə, iqtisadi əməkdaşlıq hər iki tərəf üçün mühüm əhəmiyyət daşıyır.

 

Yaponiyanın texnologiya sahəsindəki inkişafı bütün dünyada nümunə kimi qəbul olunur. Azərbaycan da bu imkanlardan faydalanmağa çalışır və eyni zamanda siyasi baxımdan da Yaponiya ilə münasibətlərin dərinləşməsində maraqlıdır. Bu istiqamətdə konkret addımların atıldığı müşahidə olunur.

 

Düşünürəm ki, Azərbaycan-Yaponiya tərəfdaşlığı həm region, həm də beynəlxalq müstəvidə Azərbaycanın mövqelərinin möhkəmlənməsinə, ölkəmizin əlavə siyasi və iqtisadi dividendlər qazanmasına xidmət edir. Yaponiya dünya siyasətində və iqtisadiyyatında mühüm yer tutan ölkələrdən biridir və belə bir dövlətlə Azərbaycanın daim yaxın əlaqələr qurması olduqca vacibdir".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər