Azərbaycanda 27 kəndin adı dəyişdirilib - Arif Rəhimzadə
\"Azərbaycanda 27 kəndin adı dəyişdirilib və 2 rayon üzrə 3 kənd yeni adla adlandırılıb”.
İnformator.az xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin Milli Məclisin (MM) qarşıdan gələn 2016-cı il yaz sessiyası ilə bağlı yanvarın 29-da keçirilən iclasında komitənin sədri Arif Rəhimzadə deyib.
“Yaz sessiyası müddətində qəbul edilmiş Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə” Azərbaycan Respublikası Qanununa əsasən 15 rayon üzrə 27 kəndin adı dəyişdirilib və 2 rayon üzrə 3 kənd yeni adla adlandırılıb”, - komitə sədri bildirib.
Qeyd olunan Qanuna müvafiq olaraq hesabat dövründə Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısın” da müvafiq dəyişikliklərin parılması ilə əlaqədar qabnun layihəsi müzakirə olunub və Milli Məclisdə qəbul edilib.
