00:00:00
Yazar
Zəhra Həsənova
13.11.2026 21:40 16 1 dəq oxuma
Sosial

Vəsiqəsiz sürücülərə avtomobil icarəsi - Qanunun tələb və məsuliyyəti

Vəsiqəsiz sürücülərə avtomobil icarəsi - Qanunun tələb və məsuliyyəti

Bəzi rent-a-car sahiblərinin sürücülük vəsiqəsi tələb etmədən avtomobil icarəyə verməsi yol hərəkəti təhlükəsizliyi ilə yanaşı, hüquqi məsuliyyət məsələsini də gündəmə gətirir. Bu cür hallarda avtomobil icarəyə verən şəxslərin məsuliyyəti xüsusi əhəmiyyət daşıyır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib ki, sürücülük vəsiqəsi olmayan şəxsə avtomobilini icarəyə verən şəxslər üçün cərimələr tərəflərin statusuna görə fərqlənir.

 

“Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobilini idarə etmək üçün verən şəxslər barəsində tətbiq olunan cərimələrin məbləği onların hüquqi statusundan asılı olaraq dəyişir. Belə ki, fiziki şəxslər 60 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 2 000 manat məbləğində cərimə edilir. Sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən şəxsin özü də 200 manat məbləğində cərimələnir".

 

Hüquqşünas qeyd edir ki, əgər bu vəziyyətdə yol-nəqliyyat hadisəsi baş verərsə, sürücünün sürücülük vəsiqəsinin olmaması məsuliyyət məsələsini daha da ağırlaşdırır. Avtomobil sahibinin isə mülki məsuliyyəti yaranır. Belə ki, qəza nəticəsində üçüncü şəxslərə maddi və ya fiziki zərər dəydiyi halda, həmin zərərin əvəzinin ödənilməsi avtomobil mülkiyyətçisinin üzərinə düşə bilər.

#baki #məsuliyyəti #yeni #icarəsi #tələb
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər