“Nərimanov”da avtobuslar üçün mübadilə mərkəzi yaradılacaq
Nərimanov rayonu, Təbriz küçəsində sərnişin sıxlığını azaltmaq məqsədilə kiçik avtobus mübadilə mərkəzi yaradılır. 2025-2030-cu illəri əhatə edən dövlət proqramı çərçivəsində həyata keçirilən layihə avtobusların hərəkətini nizamlamaq və sərnişinlərin rahatlığını artırmaq məqsədi daşıyır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev
bildirib ki, İctimai nəqliyyatın keyfiyyətli olması üçün müxtəlif nəqliyyat vasitələri arasında rahat keçid və mübadilə mərkəzləri qurulmalıdır, yalnız bu halda sərnişinlər bu sistemə daha çox meyil edəcəklər:
“Əgər insan bir neçə nəqliyyat növünü dəyişirsə və bu nəqliyyat növlərinin də minib-düşmə nöqtələri o qədər rahat olmalıdır ki, insanı səfərin daha rahatlığını təmin etsin.Nərimanov metrosunun qarşısında yeni mübadilə mərkəzi də məhz bu konsepsiyanın bir hissəsidir. Yəni avtobusdan metroya keçid, metrodan avtobusa, həmçinin ərazidə piyadalaşmış infrastruktur qurulur. Bu da insanyönümlü şəhər konsepsiyasına baxdıqda, əsas şəhərdə insan piyada olduğundan piyadaların rahat hərəkət etməsi üçün səkilərin geniş olması, qısa piyada marşrutunu formalaşdıran eyni səviyyəli zeballı svetoforlu keçidlərin olması və yaxınlıqda olan Konqres Mərkəzi, Heydər Əliyev mərkəzi istiqamətində də həmçinin son üç ildə artıq şəbəkələşən mikromobillik zolaqlarının da əlaqələndirilməsi ümumi olaraq fərqli hərəkət üzrə rahat bir mübadiləni təmin edəcək.
Nəzərə alaq ki, həmçinin ərazidə çox da uzaq olmayan məsafədə Keşlə dəmir yolu stansiyası dayanır. Yaxın illərdə alternativ vağzal kimi fəaliyyəti nəzərdə tutulub, yəni regional qatarlar çox güman ki, buradan çıxacaq.Bu da Nərimanovun mübadilə mərkəzinin rolunu artırır. Həmin Keşlə stansiyası ilə də Nərimanov metrosu arasında və yaxud metronun önündəki meydanla əlaqəsini də nəzərə alaraq, burada fərqli növ mübadiləni özündə ehtiva eləyən bir ekosistemdən də danışa bilərik. Həm Bakıdan regionlara gedən, həm şimaldan, yəni Sumqayıtdan, Xırdalandan gələnlər üçün şəhərin tam coğrafi mərkəzinə çıxışı təmiri yönündə bu mübadilə mərkəzinin əhəmiyyəti böyükdür”.
Şərhçinin sözlərinə görə, bu cür mübadilə mərkəzlərini fərqli məkanlarda qurmaq lazımdır. Yəni ərazinin şəraitindən asılı olaraq onlar həm kiçik ölçülü, həm də daha böyük miqyaslı ola bilərlər:
“Əgər bu gün 27 stansiyamız varsa, gələcəkdə bir 10 da əlavə olunacaqsa, bütün stansiyaların ətrafında yenə də ordakı imkanları təhlil edərək bunu təşkil edilə bilər.
Lap ideal variantı isə üçü birində kimi baxa bilərik. Yəni dəmir yolu, metro, avtobusun bir məkanda qovuşan bir nəqliyyat mübadilə mərkəzi. Hal-hazırda üç belə məkan var (biri 28-dir, Koroğlu və Dərnəgül). Gələcəkdə indi Bakıxanovda ola bilər və digər daha yaxın məkanlar kimi də qiymətləndirmək üçün yerlər ola bilər. Yəni keçmiş Munsın stansiyası, indiki Nərimanov gələcək üçün adı Babək olacaq. Ordan təqribən 1 km məsafədə Xətai stansiyası yerləşir. Yəni orda da dövlət proqramına əsasən yeni stansiyanın və mübadilə mərkəzi nəzərdə tutulub və piyada məsafədən 1 km məsafə o qədər də uzun, böyük məsafə deyil, metroya da çıxış imkanı olmaqla çoxfunksional bir nəqliyyat mübadilə mərkəzi kimi də fəaliyyət göstərəcək”.
Fidan Alışova