00:00:00
Yazar
Admin User
06.08.2025 07:38 150 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycanda bu il aktiv ƏDV ödəyicilərinin sayı 2 %-dən çox artıb

Azərbaycanda bu il aktiv ƏDV ödəyicilərinin sayı 2 %-dən çox artıb

Bu il avqustun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,1 % artaraq 823,9 min olub.

 

"İnformator.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

 

Məlumata görə, 7 ay ərzində aktiv ƏDV ödəyicilərinin sayı 5,8 % artaraq 55,8 minə, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4,3 % artaraq 226,8 minə çatıb.


Həmin tarixə uçotda olan yeni nəsil nəzarət-kassa aparatlarının sayı 111,8 min, qeydiyyatda olan POS-terminalların sayı 140,7 min təşkil edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər