00:00:00
Yazar
Admin User
22.10.2025 12:46 132 1 dəq oxuma
Sosial

Azərbaycanda gəlir vergisi ilə bağlı güzəştin müddəti artırılmayacaq

Azərbaycanda gəlir vergisi ilə bağlı güzəştin müddəti artırılmayacaq

Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin müddəti artırılmayacaq.

 

"İnformator.az" xəbər verir ki, 2026-cı ildə aylıq gəliri 2 500 manata qədər olanlar bunun 3 %-i qədər vergi ödəyəcək.

 

Bu nisbət 2027-ci ildə 5 %, 2028-ci ildən isə 7 % olacaq. Aylıq gəliri 2 500 manatdan 8 000 manata qədər olanların vergisi 2026-cı ildə 75 manat, eləcə də 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, 2027-ci ildə 125 manat, eləcə də 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, 2028-ci ildən isə 175 manat, eləcə də 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər olacaq. Aylıq gəliri 8 000 manatdan çox olanların vergisi isə 2026-cı ildə 625 manat və 8 000 manatdan artıq hissənin 14 %-i qədər, 2027-ci ildə 675 manat və 8 000 manatdan artıq hissənin 14 %-i qədər, 2028-ci ildən isə 725 manat və 8 000 manatdan artıq hissənin 14 %-i qədər olacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər