00:00:00
Yazar
Admin User
07.11.2025 17:37 90 2 dəq oxuma
Sosial

Azərbaycanda “Invest in Azerbaijan” informasiya sistemi yaradılıb

Azərbaycanda “Invest in Azerbaijan” informasiya sistemi yaradılıb

Prezident İlham Əliyev investisiya məlumatlarını birləşdirən “Invest in Azerbaijan” sisteminin yaradılması barədə fərman imzalayıb. Layihə investorların elektron müraciətlərini asanlaşdıracaq və biznes şəffaflığını artıracaq. Sistemi İqtisadiyyat Nazirliyi və AZPROMO idarə edəcək. 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Fuad Abbasov bildirib ki,əlbəttə ki, dəyişən dünyada xarici investisiyaları cəlb etmək üçün çox maraqlı bir proyektdir:

 

 "Amma nəzərə almaq lazımdır ki, Azərbaycanlı çox sayda vətəndaş xarici ölkələrə gedib orada müəyyən miqdarda vəsait toplayıb Azərbaycana gəlmək istəyir. Bunların bir çoxu yüngül sənaye olsun, müxtəlif inşaat sektoru olsun, bunların Azərbaycana gəlməsi üçün və Azərbaycanda investisiya etməsi üçün dövlətin hər hansısa bir təklif proqramı yoxdur. Mənim şəxsən tanıdığım bir çox iş adamı Rusiyadan, Ukraynadan yəni oradakı müharibə şəraitini nəzərə alaraq, oradakı investisiyalarının qorunmasının təhlükəsizliyini nəzərə alaraq Azərbaycana investisiya etmək istəyən çox sayda vətəndaş gəlib burada bir çox bürokratik rüşvət, korrupsiya əməlləri ilə qarşı, üz-üzə gəlirlər. Və nəticədə bir çox adam geri qayıdırlar. Azərbaycana gəlmələrinə peşman olurlar. Buraya investisiya vermələrinə peşmandırlar. Çünki birinci növbədə xarici investisiyanın Azərbaycana gəlməsinin qarşısını alan rüşvət faktorudur. Hüquq mühafizə orqanları, vergi orqanları bir çox fərqli məqamların xarici investisiyalara çıxartdığı çətinliklərdir. Məsələn Gürcüstan modeli ilə müqayisə etsək, eləcə də Ermənistan modeli ilə müqayisə etsək biz görərik ki, orada xarici investisiyaların cəlb edilməsi üçün bir çox dövlət proqramı var. Hətta, bir neçə il boyunca onların fəaliyyət göstərməsinə heç bir dövlət qurumu qarışmır. Onlar rahat bir şəkildə özlərini doğruldana qədər fəaliyyət göstərirlər. Və ondan sonra dövlətin bu və digər luqotalarından yararlandıqdan sonra vergilərini ödəyib, qanuni fəaliyyətlərini davam etdirirlər. Azərbaycanda belə bir investisiya iqlimi yoxdur. Və bu "Invest in Azerbaijan" proqramının bu investisiya iqlimini dəyişdirəcəyini düşünürəm. Mən ümid edirəm ki, bu müsbət nəticə verəcək. Bir çox adam, hələ mənim özümüm tanıdığım adam Azərbaycana pul gətirməyə, burada investisiya etməyə, nəyisə tikməyə, nəyisə yaratmağa qorxur. Sırf bürokratik əngəllər səbəbindən. Bu proqramın bu əngəlləri aradan çıxaracağına ümid edirəm".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər