00:00:00
Yazar
Admin User
15.10.2025 18:58 148 1 dəq oxuma
Sosial

Azərbaycanda istehlak bazarı kəskin böyüyüb

Azərbaycanda istehlak bazarı kəskin böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılan malların və göstərilən xidmətlərin dəyəri 59 milyard manat təşkil edib.

 

Bu barədə "İnformator.az"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Məlumata görə, bu göstərici 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 4,9 faiz çoxdur.

 

Ümumi dəyərin 78,7 faizini pərakəndə ticarət dövriyyəsi, 17,9 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,4 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib. Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 4,8 faiz artaraq 56,6 milyard manata bərabər olub, onun 44,2 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər