00:00:00
Yazar
Admin User
22.01.2026 17:54 56 1 dəq oxuma
Sosial

Azərbaycanda korrupsiya olmayan qurum yoxdur

Azərbaycanda korrupsiya olmayan qurum yoxdur

Baş prokuror Kamran Əliyevin sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ötən il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

 

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, korrupsiya dövlət idarəçiliyinin düşmənidir:

 

“Biz vətəndaş, xalq olaraq məmurlara bütün sərvətlərimizi etibar etmişik ki, dövləti düzgün idarə etsinlər. Bunun əvəzində də onlara əməkhaqqı verilir. Korrupsiya dövlətin varidatını, vəsaitini mənimsəmək, talamaqdır. Bu halda da onlar, təbii ki, işlərini keyfiyyətlə görmürlər. Oğurluyurlarsa, bizdən oğurlayırlar, deməli, bizə ziyan vururlar. Korrupsiya bütün dövrlərdə olub, bütün dövlətlərdə var. Məsələ miqyas məsələsidir. Beynəlxalq rəylər göstərir ki, Azərbaycanda korrupsiya ilə mübarizənin səviyyəsi aşağıdır. Biz korrupsiyaya görə dünyanın son 30 ölkəsi arasındayıq. Məsələn, Ermənistan dünyanın ilk 60 ölkəsinin siyahısındadır. İranda belə vəziyyət bizdən yaxşıdır. Dövlət xidmətinin keyfiyyəti ona görə bizdə pisdir və korrupsiya ilə mübarizə sistemli şəkildə aparılmalıdır. İctimai nəzarət, şəffaflıq olmalıdır. Azərbaycanda korrupsiya olmayan qurum yoxdur. İctimai nəzarət olmadan korrupsiya ilə mübarizə yoxdur”.

 

Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər