00:00:00
Yazar
Admin User
07.11.2025 13:39 120 2 dəq oxuma
Sosial

Azərbaycanda meşə xəritələrinin yenilənməsi yekunlaşır

Azərbaycanda meşə xəritələrinin yenilənməsi yekunlaşır

 

Azərbaycanda meşə fondu əraziləri üzrə meşə quruluşu və planlaşdırma xəritələrinin hazırlanması işləri başa çatmaq üzrədir. Meşələrin İnkişafı Xidmətinin məlumatına görə, qanunsuz ağac kəsintilərinin qarşısının alınması məqsədilə həssas meşə ərazilərində ağacların inventarlaşdırılması və nişanlanmasına başlanılıb.

 

Mövzu ilə bağlı ekoloq Amin Məmmədov "İnformator.az"a bildirib ki, meşə xəritələrinin yenilənməsi meşə təsərrüfatının idarə olunmasına öz müsbət təsirini göstərəcək:

 

"Azərbaycanda meşə fondu ərazi üzrə meşə quruluşu və planlaşdırma xəritələrin hazırlanması işləri həyata keçirilir. Meşələrin İnkişafı Xidməti bu işi əsas icra edən qurumdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində olan xidmətdir. Burada məqsəd qanunsuz ağac kəsilməsinin qarşısını almaqdır və həmçinin əsas meşə ərazilərində ağacların qeydiyyatının aparılmasıdır. Bu proses meşələrlə yanaşı böyük şəhərlərdə, ictimai məkanlarda, parklarda mövcud olan qədim ağacların inventarlaşması ilə aparılır, onlara xüsusi "QR" kodlar verilir. Meşə xəritələrinin yenilənməsi meşə təsərrüfatının idarə olunmasına öz müsbət təsirini göstərəcək, ən azı məlumat bazasının düzgün toplanmasına köməklik etmiş olacaq. Həmçinin meşələrdə artıq qurumuş ağacların və yaxud xəstəlik səbəbindən inkişaf etməyən ağacların müəyyən edilməsi və sanitar qırmanın düzgün yerinə yetirilməsinə kömək etmiş olacaq. Qanunsuz ağac kəsilməsinin qarşısının alınmasında vacib rol oynayan bir layihədir. İctimaiyyətin isə bu qanunsuz ağac kəsilməsinin qarşısının alınmasındakı əsas rolu Ekologiya və Təbii Sərvətlər Nazirliyi və müvafiq qurumlarla daim əməkdaşlıq etmək, belə bir neqativ hallar görülərsə, rast gəlinərsə, vətəndaşların mütləq şəkildə nazirliyin "168" qaynar xəttinə müraciət etmələri və məlumat vermələrindən ibarətdir. Bunu etsək hər birimiz dövlətimizə bonusların qorunmasında kömək etmiş olarıq".


Eslanda Kulieva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər