00:00:00
Yazar
Admin User
29.01.2016 12:35 416 1 dəq oxuma
Sosial

Azərbaycanda nazir Naz-Lifan aldı

Nazirliklərdən çoxlu təkliflər almışıq
Azərbaycanda nazir Naz-Lifan aldı
“Nazirliklərdən çoxlu təkliflər almışıq”. Nazir Səlim Müslümov şəxsi istifadəsi üçün “NAZ-Lifan” markalı maşın alıb.

İnformator.az xəbər verir ki, bunu AzVision.Az-a Naxçıvan Avtomobil Zavodunun (NAZ) satış direktoru Əhməd Rəhimov deyib.

O bildirib ki, avtomobil almaq üçün nazirliklərdən çoxlu təkliflər alıblar
 
“Nazirliklərdən çoxlu təkliflər almışıq. Daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq edirik. Nazir Səlim Müslümovun rəhbərlik etdiyi nazirliyin işçiləri “NAZ-Lifan” avtomobilləri ilə maraqlanırlar. Bundan öncə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bizdən xeyli sayda avtomobil alınıb.
 
Məndə olan məlumata görə, nazir Səlim Müslümov şəxsi istifadəsi üçün “NAZ-Lifan” markalı maşın alıb”.
 
Satış direktoru nazir Səlim Müslümovun aldığı avtomobilin qiymətini açıqlamayıb:
 
“Səlim müəllimin aldığı avtomobilin qiymətini dəqiq deyə biləməyəcəm. Çünki qiymətlər daha çox modifikasiyalara uyğun olaraq dəyişir”.
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər