Azərbaycanda neft-qaz sektoru üzrə məhsul istehsalı 2 faizə yaxın azalıb
Bu ilin yanvar-sentyabr aylarında 47,3 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz az sənaye məhsulu istehsal edilib.
Mövzu ilə əlaqədar “İnformator.az” a açıqlamasında iqtisadiyyatçı ekspert Asif İbrahimov bildirib ki, Azərbaycanın neft qaz sektoru üzrə məhsul istehsalının obyektiv və subyektiv səbəbləri mövcuddur:
“Bir sıra dünyada baş verən, cərəyan edən hadisələr buna təsirini göstərir. O, Pekpülüs ölkələrinin neft hasilatının artırılması və azaldılması belə Azərbaycan kimi neft istehsalçısı ölkələrə təbii ki, təsirsiz ötüşməyə bilər. Eyni zamanda tələbatla bağlı məsələlərdir. ABŞ-nin keçən dövr ərzində neft hasilatı bilə bağlı verdiyi qərarlardır, sırf karbohidrat ehtiyatları ilə bağlı etdiyi həmlələrdir və bir sıra faktorlar buna öz təsirini göstərir. Ümumiyyətlə, belə halların baş verməsində neqativ axtardığımız kimi, pozitiv də axtarmalıyıq. Yəni bu sahədə həqiqətən islahatların aparılması həm iqtisadi islahatların, eyni zamanda struktur islahatların da aparılmasının vaxtı gəlib çatıbdır. Bu, bizə yeni imkanlar, fürsətlər yaradır. Bu məsələ, deməli, neft qaz sektorumuzu yeniləmək imkanımız var, belə məsələlərlə bağlı.
Avropanın bəzi ölkələri, Rusiya ilə tədarükü dayandırdıqdan sonra alternativ neft qaz tədarükçüsü ölkələr axtarışındadır. Məsələn, Macarıstan, Bolqarıstan, Serbiya kimi ölkələr və bunlar Azərbaycan üçün yeni bazarlar ola bilər. Artıq Azərbaycan hökuməti bundan bağlı danışıqlara və bəzi ölkələrə ixracı da başlayıb. Düşünürəm, bu, bizə yeni perspektivləri, yeni ixrac imkanları yaradacaq. Bununla bağlı bir sıra addımlar atmaq olar. Neft fondunun gəlirlərini səmərəli, qənaətli şəkildə istifadə etmək barəsində, düşünə bilərik. Hidrogen enerjisinin istehsalı və satışını həyata keçirə bilərik. Yaşıl enerjisi ilə bağlı, yəni, bərpa olunan enerjinin istehsalını sürətləndirə bilərik. Məsələn, Qarabağ və Şərqi Zəngəzurda bununla bağlı müəyyən addımlar atılıb. Yaşıl enerjiyə keçidlə bağlı işlər görülür və düşünürəm, bunu ümumilikdə tam kapasitədə həyata keçirmək mümkündür. Bunun bağlı digər faktorlar Azərbaycan ümumilikdə Avropa İttifaqı tərəfindən etibar edilən neft qaz tədarükçüsü kimi tanınır, yəni etibarlı təhcizatçısı kimi tanınır.
Məsələn, bu günləri biz Avropa İttifaqının 2-4 faiz qaz ehtiyatını cəmi təmin edə bilirik. Bu, məbləği artırmaq olar, yeni yataqların istifadəyə verilməsinə həyata keçirmək olar, bir sıra addımlar həyata keçirilməlidir. Amma ümumilikdə götürdükdə bu sahədə struktur islahatların aparılmasının vaxtı çatıbdır. Aşağı maya dəyərdə olan keyfiyyətli məhsulun dünya bazarına çıxışını təmin etsək, düşünürəm ki, daha faydalı olar”.
Səadət Əlizadə
