00:00:00
Yazar
Admin User
01.05.2025 17:33 300 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycanda neftin qiyməti 66 dollardan aşağı düşüb

Azərbaycanda neftin qiyməti 66 dollardan aşağı düşüb

 

Azərbaycanda neftin qiyməti 66 dollardan aşağı düşərək son aylarda müşahidə olunan eniş tendensiyasını davam etdirib. Bu vəziyyət ölkənin iqtisadi göstəricilərinə və dövlət büdcəsinə təsir edə bilər.

 

Məsələ ilə bağlı iqtisadçı Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, neftin qiymətinin aşağı düşməsi gəlirlərə mənfi təsir edir:

 

"Əlbəttə ki, Azərbaycan neftinin qiymətinin aşağı düşməsi neft gəlirlərinə mənfi təsir edir. Mənfi təsirin nəticəsi olaraq neft fondunda yığılan strateji valyutaların həcmi, transferlərin həcmi azala bilər. Belə olduqda ölkə iqtisadiyyatında zəifləmə müşahidə oluna bilər. Mən hesab edirəm ki, qiymət enişi mövcud dünya bazarındakı geosiyasi hadisələrlə bağlıdır. Yəqin ki, geosiyasi hadisələr uzun müddət davam edəcək, buna görə qiymət enişi də uzunmüddətli müşahidə oluna bilər. Əhaliyə təsirə gəldikdə isə əlbəttə ki, qısamüddətli təsir olaraq insanların gəlirləri azalacaq. Uzunmüddətli təsirlər olarsa islahatlar aparıla bilər. Eyni zamanda qeyri-neft sektorunun nəfəs alması, genişlənməsinin əsası qoyula bilər".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər