00:00:00
Yazar
Admin User
02.11.2025 12:22 163 1 dəq oxuma
Sosial

Azərbaycanda ödənişli yolların əsas məqsədi nədir?

Azərbaycanda ödənişli yolların əsas məqsədi nədir?


Müasir dövrdə nəqliyyatın inkişafı və yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ölkələrin əsas prioritetlərindən biridir. Bu məqsədlə bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da ödənişli yolların tətbiqi artmaqdadır. Ödənişli yolların əsas məqsədi: nəqliyyat axınını tənzimləmək, sürücülərə daha rahat və sürətli hərəkət imkanı yaratmaq, eyni zamanda yol infrastrukturunun saxlanılması və yenilənməsi üçün dayanıqlı maliyyə mənbəyi formalaşdırmaqdır.

 

 

Mövzu ilə bağlı nəqiliyyat eksperti Eldəniz Cəfərov “İnformator.az”a açıqlamasında bildirib ki, ödənişli yollar alternativ yollar olurlar:

 

“Bu yolların daim işlək vəziyyətdə qalması, kefiyyətli olması və sürücülərin rahat olması üçün həmin yollar pullu olurlar”.

 

 

Ekspert qeyd edib ki, Azərbaycanda Bakı-Quba yolu istiqamətində  olan yol pulludur:

 

 

“Bu yolun asfalt örtüyü yaxşıdır, lakin infrastruktur baxımından zəifdir. Nəticədə, bu yol sürücülər üçün təhlükə yaradır. Yola daxil olan və çıxan ərazilərdə işıqlandırma sistemi var, lakin yol boyu qaranlıqdır. Həmin yolda müəyyən xidmət növləri də mövcud deyil. Əgər həmin yolda qəza baş verərsə, həmin an orada sürücüyə dəstək olan , tibbi yardımı olan və.s hər hansı bir infrastruktur yaradılmayıb”.

 

 


Kəmalə Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər