Azərbaycanda rus bölmələrinin varlığı
Azərbaycanda rus bölmələrinin və rus məktəblərinin fəaliyyəti uzun illərdir müzakirə olunan mövzulardandır. Bəziləri bunu təhsil imkanlarının zənginləşməsi kimi görür, digərləri isə milli kimliyə və ana dilinin mövqeyinə təsir göstərə biləcək amil kimi qiymətləndirir. Məsələ ətrafında müxtəlif yanaşmalar mövcuddur və bu da mövzunu aktual saxlayır.
Mövzu ilə bağlı UNEC Biznes Məktəbinin direktor müavini Vüsal Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, bu mövzu davamlı müzakirə mövzsudur:
“Mən düşünürəm ki, rus bölmələrinin Azərbaycanda ləğvi və yaxud da mövcudluğu bizim üçün faydalı deyil. Biz qonşu ölkəyik. Əsrlər boyu biz birlikdə yaşamışıq. Davamlı əlaqəmiz olan bir ölkədir. Həm təhsil, ticarət, həm də mədəni əlaqələrini nəzərə alaraq rus məktəblərinin bağlanması bizə fayda verməyəcək. Amma azaldılması, sıradan çıxarılması elə də məntiqli yanaşma deyil. Burada xarici dillərin maliyyələşməsi önəmlidir. Yəni xarici dildə təhsil alan varsa, bunu dövlət yox, valideynlər təmin etməlidir. Necə ki, ingilis məktəbləri ödənişli əsaslarladırsa, rus bölmələri də ödənişli olmalıdır. İnsanların bu yanaşması anlaşılandır. Amma biz nəzər salsaq, bizim İngiltərə, Fransa ilə qonşuluq əlaqələrimiz yoxdur. Lakin bu dillərin öyrənilməsi bizə çox faydalıdır. Azaldırlması məsələsinə baxıla bilər. Ümumiyyətlə ləğv edilməsi isə doğru deyil”.
Banuçiçək Məmmədova
