Azərbaycanda siyasi partiyalar hesabatlarını MSK-ya təqdim edəcək
Azərbaycanda siyasi partiyalar hesabatlarını MSK-ya təqdim edəcək
Nazirlər Kabineti “Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası”nda dəyişiklik edib.
Qərarı baş nazirArtur Rasi-zadə imzalayıb. Dəyişikliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, AzərbaycanMərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidir.
Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.
Qeyd edək ki, əvvəllər siyasi partiyalar üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, Maliyyə Nazirliyinə təqdim edirdilər.
