00:00:00
Yazar
Admin User
26.09.2025 17:24 100 1 dəq oxuma
Sosial

Azərbaycanda “Uşaq hüquqları haqqında” qanun layihəsi hazırlanacaq

Azərbaycanda “Uşaq hüquqları haqqında” qanun layihəsi hazırlanacaq

 

Layihənin hazırlanması parlamentin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitələrinə həvalə edilib.

 

Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov “İnformator.az”a bildirib ki, ümumiyyətlə, uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunu, Uşaq hüquqları haqqında Beynəlxalq Konvensiyanın bazası əsasında tərtib olunmuş bir qanundur:

 

“Hesab edirəm ki, bununla bağlı əlbəttə ki, hər hansı bir qanunun layihəsi qəbul olunmazdan qabaq, ictimaiyyətdə müzakirələr aparılır. Deməli, Uşaq Hüquqları ilə, Ailə,qadın,uşaq hüquqları ilə məşğul olan o cümlədən, bu sahəyə cavabdeh olan müvafiq dövlət qurumu konkret desək, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi var ki, onlarla birgə müzakirələr aparlılmalıdır. Və bu qanunun qəbulu ilə hansısa bir digər yan qanunları, məcələlərdən müvafiq dəyişikliyinin olunması müzakirə olunmalıdır. Bununla bağlı düşünürəm ki,beynəlxalq təcrübə olaraq, “Ümumdünya Uşaq Hüquqları Bəyannaməsi”nə ciddi fikir verilməlidir və o cümlədən Avropa İnsan Konvensiyasının müvafiq protokolları əsasən də Avropa İnsan Haqları Konvensiyasının 8-ci maddəsi “şəxsi həyatın toxunulmazlığı” hüquqi ilə bağlı Avropa Məhkəməsinin prezident qərarları ciddi şəkildə öyrənilməlidir. Qaldı ki, uşaqların bu layihənin müzakirəsində dəvət olunması, əlbəttə ki, dəvət oluna bilərlər, bununla bağlı uşaqların təklifləri müzakirə oluna bilər və bu da gözəl bir nümunə kimi təqdim oluna bilər”.

 

Nəzrin Nəsirova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər