00:00:00
Yazar
Admin User
01.10.2025 17:33 130 1 dəq oxuma
Sosial

Azərbaycanda yeni bölgələrarası qatar marşrutu istifadəyə verilir

Azərbaycanda yeni bölgələrarası qatar marşrutu istifadəyə verilir

Azərbaycan Dəmir Yolları (ADY) QSC, ölkə daxilində sərnişindaşıma xidmətlərini genişləndirərək, 28 sentyabr 2025-ci ildən etibarən Gəncə–Mingəçevir–Ağstafa marşrutunu istifadəyə verib. Bu, regiondaxili ilk belə marşrutdur və gündə iki dəfə sərnişinlərə xidmət göstərir.

 

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “İnformator.az”a bildirib ki, dəmiryolu nəqliyyatı ölkə üçün ən səmərəli və etibarlı nəqliyyat növlərindən biridir:

 

“Həm yüklərin, həm də sərnişinlərin daşınmasında dəmiryolu çox əlverişli vasitədir. Son illərdə Azərbaycan dəmir yolunda böyük inkişaf müşahidə olunur. Yeni marşrutların açılması və qatar stansiyalarının istifadəyə verilməsi bunun bariz nümunəsidir. Eyni zamanda onlayn bilet satışının tətbiqi, Bakıətrafı və regionlarda dəmir yolunun rolunu daha da artırır. Bu addım həm sərnişin rahatlığını təmin edir, həm də regional inkişaf üçün əhəmiyyətlidir. Yeni xəttin istifadəyə verilməsi ilə bölgələrarası nəqliyyatın əlçatanlığı artırılacaq və sərnişin daşımalarında nəzərəçarpacaq artım gözlənilir. İlkin hesablamalara görə, bu marşrut üzrə illik 100 minə yaxın sərnişin daşınacaq. Bundan əlavə, Gəncə, Mingəçevir və Ağstafa şəhərlərinin turizm və sosial-iqtisadi inkişafına töhfə verməsi, bölgələr arasında ticarət və əməkdaşlıq imkanlarını genişləndirməsi gözlənilir”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər