00:00:00
Yazar
Admin User
12.11.2025 08:53 138 1 dəq oxuma
Sosial

Azərbaycanın bu silahı İranı qorxudub

Azərbaycanın bu silahı İranı qorxudub

8 Noyabr - Bakının Azadlıq meydanında keçirilən Qələbənin 5 illiyinə həsr edilən hərbi paradda nümayiş etdirilən bəzi silah və hərbi texnikalar İranda ciddi narahatlığa səbəb olub.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Günaz TV məlumat yayıb.

 

“İran və dünyanın hərbi xəbərləri” kanalı həmin silahlardan birinə diqqət çəkərək yazıb:

 

“Azərbaycan ilk dəfə olaraq İsrail istehsalı olan uzaq mənzilli “İce Breaker” raketini Bakıda keçirilən hərbi paradda nümayiş etdirdi. Bu, ölkənin hücum qabiliyyətində əhəmiyyətli bir yüksəlişin əlamətidir. 300 kilometr mənzilli və GPS-dən asılı olmayan idarəetmə sistemi ilə təchiz olunmuş bu raket quru və dəniz hədəflərinə dəqiq şəkildə zərbə endirmək üçün nəzərdə tutulub və onun nümayişi Bakıdan Rusiya və İrana Xəzər dənizindəki çəkindirici gücü barədə açıq bir mesajdır”, - kanal bildirib

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər