00:00:00
Yazar
Admin User
14.01.2026 12:41 79 1 dəq oxuma
Sosial

Azərbaycanın hava məkanında ötən il 342 mindən çox uçuş həyata keçirilib

Azərbaycanın hava məkanında ötən il 342 mindən çox uçuş həyata keçirilib

2025-ci ildə Azərbaycanın hava məkanında 342 mindən çox uçuşa xidmət göstərilib.

 

Bu barədə "İnformator.az" a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

 

Məlumata əsasən, 2025-ci il ərzində Azərbaycanın aviasiya sektoru dayanıqlı inkişaf trayektoriyasını qoruyub saxlayıb, artan tranzit potensialı və beynəlxalq etimadın möhkəmlənməsi ilə xarakterizə olunub. Ölkənin hava məkanında 342 mindən çox uçuşa xidmət göstərilməsi, 2024-cü illə müqayisədə 10,5 % artım qeydə alınması aviasiya infrastrukturunun etibarlılığını və regional nəqliyyat qovşağı kimi mövqeyinin gücləndiyini aydın şəkildə nümayiş etdirir. Hava hərəkətinin ən intensiv dövrü yay aylarına təsadüf edib. 2025-ci il avqustun 9-da bir sutka ərzində 1 101 uçuşun idarə edilməsi ilə tarixi rekord qeydə alınıb. İl ərzində uçuşların 76 %-ni – 261 mindən çoxunu tranzit reyslər təşkil edib. Tranzit uçuşlarda təxminən 14 %-lik artım qeydə alınıb. Azərbaycan hava məkanından tranzit istifadə edən aparıcı qlobal aviaşirkətlər sırasında "Turkish Airlines", "Singapore Airlines", "Cathay Pacific", "Thai Airways" və "Lufthansa" yer alıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər