00:00:00
Yazar
Admin User
05.02.2026 18:45 86 2 dəq oxuma
Siyasət

Azərbaycanın Ukraynadakı səfiri Aleksey Kulebaya təşəkkür edib

Azərbaycanın Ukraynadakı səfiri Aleksey Kulebaya təşəkkür edib

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Ukrayna baş nazirinin müavini Aleksey Kuleba ilə görüşdən məmnunluğunu ifadə edib.

 

Seymur Mərdəliyev Azərbaycanın üzləşdiyi çətinliklər fonunda enerji davamlılığına göstərilən ardıcıl dəstəyə görə Aleksey Kulebaya minnətdarlığını bildirib. Görüşün diplomatik korpus nümayəndələrinin iştirakı ilə baş tutduğu qeyd olunub.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında enerji eksperti Şaban Nəsirov bildirib ki, Azərbaycanın Ukrayna ilə enerji sahəsində əməkdaşlığı son illər təkcə ikitərəfli münasibətlər kontekstində deyil, ümumilikdə, regional və Avropa enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir:

 

"Xüsusilə, müharibə şəraitində Ukraynanın enerji sisteminin ciddi təzyiqlərlə üzləşdiyi bir dövrdə Azərbaycanın göstərdiyi enerji davamlılığı dəstəyi strateji xarakter daşıyır. Bu dəstək Ukraynanın enerji təchizatında alternativ mənbələrin mövcudluğunu təmin etməklə yanaşı, regionda enerji risklərinin şaxələndirilməsinə töhfə verir və Cənubi Qafqaz–Şərqi Avropa enerji xəttinin etibarlılığını artırır.

 

Mövcud geosiyasi risklər fonunda Azərbaycanın enerji resursları Avropa və tərəfdaş ölkələr üçün xüsusi strateji əhəmiyyət daşıyır. Rusiya–Ukrayna müharibəsindən sonra Avropa İttifaqının enerji siyasətində əsas prioritetlərdən biri etibarlı, proqnozlaşdırıla bilən və siyasi risklərdən nisbətən uzaq mənbələrə çıxışdır. Azərbaycan bu kontekstdə həm təbii qaz ixracatçısı, həm də tranzit ölkə kimi mühüm rol oynayır. Cənub Qaz Dəhlizi və onun genişləndirilməsi imkanları Azərbaycanın Avropanın enerji təhlükəsizliyində uzunmüddətli tərəfdaş statusunu möhkəmləndirir. Bu, Azərbaycanı yalnız resurs tədarükçüsü deyil, həm də regional enerji balansında sabitləşdirici aktor kimi ön plana çıxarır.

 

Azərbaycan–Ukrayna enerji əməkdaşlığının gələcəkdə dərinləşməsi üçün bir neçə konkret istiqamət mövcuddur. İlk növbədə, enerji infrastrukturlarının bərpası və modernləşdirilməsi sahəsində texniki və institusional əməkdaşlıq genişləndirilə bilər. Bundan əlavə, bərpaolunan enerji, xüsusilə günəş və külək enerjisi üzrə birgə layihələrin reallaşdırılması perspektivlidir. Enerji səmərəliliyi, rəqəmsal enerji idarəetmə sistemləri və fövqəladə vəziyyətlərdə enerji təchizatının davamlılığının təmin olunması da əməkdaşlığın əsas prioritetləri sırasında yer ala bilər. Bu istiqamətlər üzrə əməkdaşlıq həm Ukraynanın enerji dayanıqlığını gücləndirə, həm də Azərbaycanın regional enerji siyasətində mövqeyini daha da möhkəmləndirə bilər".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər