00:00:00
Yazar
Admin User
02.04.2015 10:53 437 1 dəq oxuma
Siyasət

Azərbaycanın və Gürcüstanın Müdafiə nazirləri görüşüb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Gürcüstanın Müdafiə naziri cənab Mindia Canelidze arasında ikitərəfli formatda görüş keçirilib.

Müdafiə Nazirliyindən İnformator-a verilən məlumata görə, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə ölkələrimiz arasında aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyəti vurğulanıb, hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığı məsələlərinə xüsusi diqqət yetirilib.

Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər