00:00:00
Yazar
Admin User
03.02.2026 17:06 56 2 dəq oxuma
Sosial

Azərbaycanla İƏT arasında qadın hüquqları sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanla İƏT arasında qadın hüquqları sahəsində əməkdaşlıq müzakirə edilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İƏT-in Qadın İnkişafı Təşkilatının icraçı direktoru Afnan əl-Şueybi ilə görüşüb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, ailə dəstəyi faydalıdır, lakin riskli hallarda fərqli reabilitasiya yanaşmalarına ehtiyac var:

 

“Düşünürəm ki, ortaq reabilitasiya proqramlarının hazırlanması mümkündür. Şərq qadını ilə bizim aramızda, eləcə də Qərb qadınlarından ciddi fərqlər yoxdur. Bununla yanaşı, ortaq adətlər və ənənələr mövcuddur. Təbii ki, müəyyən stereotiplər də var. Bu stereotiplər nəzərə alınmaqla, qadın hüquqlarının müdafiəsində yeni yanaşmaların tapılması, reabilitasiya proseslərində ailə ilə qurban arasında bağların möhkəmləndirilməsi, qadınların ailə dəstəyi alaraq güclənməsinin prioritet kimi müəyyən edilməsi daha məqsədəuyğun olar. Əlbəttə ki, bu, yalnız təhlükə yaratmayan ailələrə aiddir.

 

Son günlərdə baş verən Cəlilabad hadisəsində də göründüyü kimi, bəzi hallarda qohum dəstəyi mövcud olmur. Bu baxımdan, dəstək verməyə hazır və bacaran ailələr üçün alətlər yaradılmalıdır ki, onlar qurbanları müdafiə edə, mühafizə edə və reabilitasiya prosesinə töhfə versinlər.

 

Digər tərəfdən, qadının tam təhlükədə olduğu və ailənin risk yaratdığı hallarda reabilitasiya üçün alternativ formatlar düşünülməlidir. Standart yanaşmalar adət-ənənə və ailə bağlılığı baxımından bəzən müsbət nəticə versə də, bəzi hallarda mənfi təsirlər yaradır. Hesab edirəm ki, bu aspekt də ayrıca diqqətdə saxlanmalıdır".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər