Azərbaycanla Somali arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad edilib
Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanunu imzalayıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Fuad Heydər bildirib ki, viza sistemlərinin Azərbaycan ölkəsi ilə digər dövlət qurumları arasında ləğv olunması başlıca aspektlərdən və gözəl addımlardan biridir:
“Bu saziş Azərbaycan-Afrika siyasətinin yeni başlanğıcının qoyulmasını göstərir. Təbii ki, viza sistemlərinin ləğv olunması artıq günü-gündən digər ölkələr arasında olan viza məsələlərimizdə yığışdırılacaq. Azərbaycanla əlaqəli olan ölkələrə vizayla gediş-gəlişi aradan qaldırma sistemi daha da doğru gedəcək və bu proseslər müsbət nəticələcək. Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti bir daha göstərir ki, beynəlxalq xarici ölkə və daxili siyasət birnömrəli şəkildə aparılmış siyasətlərdən biridir və qısa zamanda artıq bu viza sistemləri tamamilə aradan qaldırılacaqdır “.
Reyhan Quliyeva
