00:00:00
Yazar
Admin User
23.10.2015 07:29 438 1 dəq oxuma
Sosial

Azərbaycanlı hacıların bir çoxunda kəskin virus aşkarlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə getmiş zəvvarlardan bir çoxunda virus aşkarlanıb
Azərbaycanlı hacıların bir çoxunda kəskin virus aşkarlanıb
Bu il Azərbaycandan Həcc ziyarətinə getmiş zəvvarlardan bir çoxunda virus aşkarlanıb.
 
Xəbər verilir ki, Azərbaycandan olan Həcc missiyasının həkim briqadasının rəhbəri Həci Kitabullah Əkbərov sözlərinə görə, zəvvarlar bu virusa Səudiyyə Ərəbistanında yoluxublar.
 
Bunun kəskin respiratorlu virus infeksiyası olduğunu deyən K. Əkbərov bildirib ki, xəstəliyin əlamətləri ağır öskürək, asqırma, iştahasızlıq, oynaq-əzələ ağrıları və sairdir: \"Həccdən qayıdan 500-dən çox hacı bu virusun daşıyıcısıdır. Buna da səbəb onların orada düzgün pəhriz saxlamamaları, soyuq su içmələri və digər məsələlərdir\".
 
Qeyd edək ki, bu il Azərbaycanda Həccə 2400 zəvvar gedib, onlardan 3-ü orada dünyasını dəyişib.
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər