00:00:00
Yazar
Admin User
30.12.2025 10:13 74 1 dəq oxuma
Sosial

"Azəriqaz" bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

"Azəriqaz" bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

 

"İnformator.az" "Azəriqaz"a istinadən xəbər verir ki, bayram günlərində Birliyin Müştəri əməliyyatları şöbəsinin əməkdaşları 31 dekabr və 2026-ci il yanvar ayının 01-03 tarixlərində fəaliyyət göstərəcək.

 

Xidmət Bakı (yeni ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əliağa Şıxlinski küçəsi, giriş 55) və Sumqayıt Regional Qaz İstismar İdarələri (RQİİ) inzibati binalarında, eləcə də Xəzər, Qaradağ və Abşeron xidmət sahələrində təşkil olunacaq. Bakı RQİİ-nin inzibati binasında 31.12.2025 - 04.01.2026-cı il tarixlərində saat 10:00-dan 17:00-dək, həmçinin Sumqayıt RQİİ-nin inzibati binasında, Abşeron, Qaradağ və Xəzər Xidmət sahələrində 31.12.2025 - 03.01.2026-cı il tarixlərində saat 10:00-dan 17:00-dək abonentlərə xidmət göstəriləcək. Eləcə də Bakı RQİİ-nin bütün xidmət sahələrində, eynilə bölgələrdə də növbəlilik tətbiq etməklə Birliyin müvafiq sayda əməkdaşları iş başında olacaqlar. 31.12.2025-04.01.2026-cı il tarixlərində "ASAN Kommunal" və "ASAN xidmət" mərkəzlərində qeyri-iş günüdür. Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 7/24 fəaliyyət göstərən 104 Çağrı Mərkəzinə məlumat versinlər.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər