00:00:00
Yazar
Admin User
23.12.2025 18:49 105 2 dəq oxuma
Sosial

"Azərsun Holdinq"dən Ekoloji Təşəbbüs

"Azərsun Holdinq"dən Ekoloji Təşəbbüs

“Azərsun Holdinq” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi “Tullantıları hədiyyələrə dəyiş” ekoloji festivalına dəstək verib. Festival çərçivəsində iştirakçılar plastik, şüşə və işlənmiş batareyaları toplayaraq müvafiq emal müəssisələrinə göndəriblər. Ümumilikdə 6585 litr plastik, 562 litr şüşə tullantı və 1026 işlənmiş batareya yığılaraq çeşidlənib və emal prosesinə cəlb olunub.

 

 

Azərsun Holdinq” bu cür təşəbbüslərdə iştirakını davam etdirməklə dayanıqlı inkişafın təşviqi, təmiz ətraf mühitin qorunması və cəmiyyətdə ekoloji şüurun artırılmasına öz töhfəsini verməyi planlaşdırır. Festival iştirakçıları isə bu prosesdə həm ətraf mühitin qorunmasına, həm də cəmiyyətin ekoloji savadlılığının yüksəlməsinə dəstək göstəriblər.

 

Mövzu ilə bağlı ekoloq Rövşən Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki, tullantıların azaldılması yalnız kampaniya səviyyəsində qalmamalıdır:

 

“Bu tullantıların azaldılması istiqamətində keçirilən istənilən kampaniya alqışlanmalıdır. İstər şirkətlər, istər icmalar, istərsə də fərdi ev təsərrüfatları səviyyəsində tullantıların azaldılmasına yönəlmiş hər bir təşəbbüs təqdirəlayiqdir.  

 

Lakin mən hesab edirəm ki, bu məsələdə qanunvericilik bazasını daha da möhkəmləndirmək vacibdir. Yəni, tullantıların azaldılması yalnız kampaniya səviyyəsində qalmamalıdır. Bu, qanunvericiliyə əsaslanan, hüquqi təməllərlə möhkəmləndirilmiş fəaliyyətə çevrilməlidir.  

 

Burada xüsusilə "istehsalçının genişləndirilmiş məsuliyyəti" prinsipi tətbiq olunmalıdır. Xarici ölkələrdə artıq bu yanaşma uzun müddətdir mövcuddur. Yəni plastik qablaşdırma istehsal edən şirkətlər ətraf mühitin çirklənməsinə görə məsuliyyət daşımalıdırlar. Məsələn, Coca-Cola və digər böyük şirkətlər öz istehsal proseslərini elə qurmalıdırlar ki, minimal tullantı yaransın və ya yaranan tullantının idarə olunması üçün məsuliyyət hiss etsinlər.  

 

Bu məsuliyyət, məsələn, tullantıların təmizlənməsi üçün maliyyə vəsaiti ayırmaq, plastik butulkaların və qabların yığılması və təkrar emalı üçün təşviqedici proqramlar yaratmaq formasında ola bilər.

 

Yalnız bu yanaşma ilə tullantıların real şəkildə azaldılması mümkündür. Əks halda, bu sahədə atılan addımlar sadəcə reklam kampaniyasına çevrilə bilər ki, bu da problemin köklü həllinə xidmət etməz”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər