00:00:00
Yazar
Səadət Əlizadə
07.04.2026 20:47 17 1 dəq oxuma
Siyasət

Bəhreyn BMT Təhlükəsizlik Şurasını öhdəliklərini yerinə yetirə bilməkdə günahlandırıb

Bəhreyn BMT Təhlükəsizlik Şurasını öhdəliklərini yerinə yetirə bilməkdə günahlandırıb

Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyani bildirib ki, BMT Təhlükəsizlik Şurası öz öhdəliklərini yerinə yetirə bilməyib.


"İnformator.az” Yaxın Şərq KİV-nə istinadən xəbər verir ki, o, bunu Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və İordaniya adından birgə bəyanatı oxuyarkən bildirib.


"Ölkələr bu gün sizə təqdim edilən qətnamənin qəbul olunmamasından təəssüfləndiklərini bildirirlər. Şura qətiyyətli və təxirəsalınmaz tədbirlər tələb edən qanunsuz hərəkətlərə münasibətdə öz öhdəliklərini yerinə yetirə bilməyib. Biz ümid edirdik ki, qətnamə layihəsi beynəlxalq hüquqa əsasən heç bir ölkənin bağlamaq hüququ olmadığı beynəlxalq dəniz yolu kimi Hörmüz boğazında gəmiçiliyin azadlığını təmin edəcək uzunmüddətli həllə doğru bir addım olacaq", - Bəhreyn XİN rəhbəri bildirib.

#bilməkdə #şurasını #yeni #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər