00:00:00
Yazar
Güllər Gülhüseynova
25.09.2026 15:17 35 1 dəq oxuma
Siyasət

BƏƏ İranla hava əlaqəsini dayandırıb – “Bu, regiona təsir edə bilər”

BƏƏ İranla hava əlaqəsini dayandırıb – “Bu, regiona təsir edə bilər”

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İranla hava əlaqəsini dayandırması iki ölkə arasındakı münasibətləri yenidən gündəmə gətirib. Mövcud vəziyyətin Tehran və Əbu-Dabi arasında iqtisadi və siyasi əlaqələrə də təsir göstərə biləcəyi istisna edilmir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən  politoloq Zeynal Əmrəliyev hesab edir ki, İranın körfəz ölkələri ilə münasibətlərində, o cümlədən BƏƏ ilə əlaqələrində gərginlik son dövrlərdə daha da nəzərə çarpır. İranın BƏƏ-yə zərbələr endirməsi, Əbu-Dabinin ABŞ ilə yaxın münasibətləri və ölkədə ABŞ bazalarının mövcudluğu Tehranla münasibətlərdə narazılıq yaradan əsas amillər sırasındadır. Son hadisələr isə bu gərginliyin daha da dərinləşməsinə səbəb olub:

 

“Hava əlaqəsinin kəsilməsi Tehran-Əbu-Dabi arasında müəyyən dərəcədə narazılıqların olduğunu göstərir. Ola bilsin ki, digər sahələrdə də əməkdaşlıqların kəsilməsinin şahidi olaq. Bura iqtisadi əlaqələrin zəiflədilməsi və iki ölkə arasındakı münasibətlərin başqa sahələrdə inkişafının ləngiməsi də daxil ola bilər”.

 

Politoloqun fikrincə, İran və BƏƏ arasında münasibətlərin zəifləməsi iki ölkənin özünə təsirlə məhdudlaşmaya bilər. Regionun əsas ölkələrindən olan İranla iqtisadi baxımdan güclü BƏƏ arasında problemlərin dərinləşməsi bütövlükdə regional iqtisadi-siyasi əlaqələrə təsir göstərə bilər.

 

“Həm Tehran, həm Əbu-Dabi əlaqələrin möhkəmlənməsi üzərində işləməlidir”, – politoloq əlavə edib.

 

Fatimə Hüseynova

#əlaqəsini #regiona #edə #xəbər #“bu #
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər