BƏƏ-nin OPEK-dən çıxması: Tramp üçün siyasi qələbə, bazarlar üçün risk
Birləşmiş Ərəb Əmirliklərinin OPEK və OPEK+ təşkilatlarından çıxmaq qərarı qlobal enerji bazarında ciddi müzakirələrə səbəb olub. Bu addım, xüsusilə ABŞ-nin sabiq prezidenti Donald Trump tərəfindən müsbət qarşılanıb və o, bunu öz siyasətinin uğuru kimi qiymətləndirib. Ekspertlər hesab edir ki, bu qərar həm neft qiymətlərinə, həm də OPEK daxilindəki balanslara təsir göstərə bilər. Eyni zamanda, təşkilatın aparıcı ölkəsi olan Saudi Arabia üçün bu vəziyyət yeni çağırışlar yaradır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib ki, ABŞ Körfəz ölkələrini daha çox təsir altına salmaqla qərarlıdır:
“Bunun üçün də onları İrandan müdafiə adı ilə himayəçi rolunda təsir altına alır. Üzv olduqları təşkilatlardan mümkün qədər uzaqlaşaraq ABŞ kölgəsinə sığınmağa məcbur edir yaxud şərait yaradır. Bilmiş Ərəb Əmirliklərinin iqdisadi cəhətdən ABŞ ilə paralel digər Qərb dövlətlərinə də faydası var. Lakin ABŞ bunu təkcə öz xeyrinə təhkim etmək istəyir. Ona görə də Körfəz ölkələri ilə bağlı qurulmuş siyasət ona hesablanıb. İndən belə Körfəz ölkələri ABŞ liderliyində fərdi şəkildə, onun maraqlarına uyğun iqtisadi çərçivədə fəaliyyətini davam etdirəcək. Əvvəllər müəyyən qədər bac - xərac alırdısa indi artıq ümumiyyətlə ABŞ-yə hesabat verəcəklər. Körfəz ölkələrinin müstəqil siyasət aparmadığı məlumdur və hazırda bu ölkələrin Avropa təsirindən ABŞ təsirinə keçməsi prosesinin gücləndiyini müşahidə edirik. Eyni zamanda ABŞ Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri arasında rəqabət yarışını gücləndirməklə hər ikisini də özünə daha da yaxınlaşdırmağı nəzərdə tutur”.
Gövhər Mehyəddinova