00:00:00
Yazar
Admin User
04.02.2026 14:56 42 1 dəq oxuma
Siyasət

BƏƏ Tehran və Vaşinqtonu fikir ayrılıqlarını həll etməyə çağırıb

BƏƏ Tehran və Vaşinqtonu fikir ayrılıqlarını həll etməyə çağırıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran və ABŞ arasında birbaşa danışıqların aparılmasını dəstəklədiyini açıqlayıb. BƏƏ Prezidentinin müşaviri Ənvər Qarqaş bildirib ki, regionda sabitliyin qorunması üçün məsələlər diplomatik yolla həll edilməlidir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Ramiyə Məmmədova qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri ilə İran arasında münasibətlər Yaxın Şərq kontekstində formalaşıb. Bu münasibətlər Körfəz regionunda yaxın coğrafi mövqedə yerləşən dövlətlər arasında mövcud olan əlaqələrə əsaslanır.

 

"Bu problem təkcə İranla bağlı deyil, ümumilikdə region ölkələrinə təsir edən məsələdir. Məhz buna görə də, BƏƏ Yaxın Şərqdə balanslı və praqmatik siyasət yürütməyə çalışır. Əmirliklər İranla ABŞ arasında gərginliyin artmaması üçün diplomatik təşəbbüslər göstərir. Məqsəd regionda yeni müharibənin qarşısını almaqdır. Eyni zamanda Körfəz bölgəsində ticarət və logistika yollarının bağlanmaması əsas prioritetdir.

BƏƏ bu çərçivədə həm İran, həm də ABŞ ilə danışıqlar aparır. Paralel olaraq Türkiyə və digər ölkələrlə də əməkdaşlığı genişləndirir. Son dövrlərdə Azərbaycanla bağlanan iri müqavilələr də bunun göstəricisidir. Logistika bu gün qlobal iqtisadiyyat üçün böyük əhəmiyyət daşıyır. Məhz buna görə BƏƏ iqtisadi zərərin yaranmaması üçün proseslərə balanslı yanaşır. Regionda gedən müharibə risklərini və Yaxın Şərqdəki ümumi vəziyyəti nəzərə alaraq, bu mövqeyini qorumağa çalışır".

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər