00:00:00
Yazar
Admin User
20.10.2025 10:48 156 1 dəq oxuma
Sosial

Büdcədən yalnız bu rayona pul ayrılacaq

Büdcədən yalnız bu rayona pul ayrılacaq

Gələn il sadəcə bir rayona dövlət büdcəsindən dotasiya ayrılacaq. 2026-cı ilin büdcəsindən yalnız Xocavənd rayonuna pul veriləcək. Dotasiyanın məbləği 847 min manatdır.

 

Mövzu ilə əlaqədar “İnformator.az”a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, hələ konkret sahələr açıqlanmayıb, amma adətən bu vəsait rayonun sosial, kommunal və infrastruktur xərclərinə yönəldilir:

 

“Məsələn, təhsil, səhiyyə, yol infrastrukturunun təmiri, yerli kommunal xidmətlər bu sırada olacaq. Rəsmi açıqlamalara görə, bu yanaşma Azərbaycan hökumətinin bölgələrin iqtisadi inkişafını göstərmək cəhdidir. İdeya belədir ki, rayonlar artıq yerli vergilərlə öz xərclərini ödəyə bilir.

 

Amma əsl vəziyyət fərqlidir. Rayonların bir çox xərcləri hələ də mərkəzi nazirliklərin büdcəsindən maliyyələşir. Məsələn, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və s. kimi qurumların rayonlardakı strukturları yerli əhaliyə xidmət göstərsə də, onların maaşları və xərcləri mərkəzi büdcədən ödənilir. Bu dəyişiklik sadəcə maliyyələşdirmə strukturunun dəyişməsi deməkdir, yəni əslində rayonların maliyyə müstəqilliyi hələ tam təmin olunmayıb. Yəni Xocavəndə ayrılan dotasiya bölgələrin iqtisadi inkişafını nümayiş etdirmək məqsədilə ayrılıb, amma reallıqda rayonlar hələ də mərkəzi büdcədən asılıdır. Bu, struktura aid dəyişiklikdir, maliyyə müstəqilliyi deyil”.

 

Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər