00:00:00
Yazar
Lalə Qafarova
14.04.2026 20:32 75 2 dəq oxuma
Siyasət

Bakı Asiyanın yeni mərkəzinə çevrilir: AQEM-də "Azərbaycan dövrü"

Bakı Asiyanın yeni mərkəzinə çevrilir: AQEM-də "Azərbaycan dövrü"

Müzakirələrdə Azərbaycanın təşkilatdakı liderliyi, qurumun beynəlxalq təşkilata çevrilməsi prosesi, qarşıdan gələn Bakı sammiti və Media Forumu diqqət mərkəzində olub. Həmçinin gənclər siyasəti, peşə təhsili və könüllülük mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

 

Mövzu ilə bağlı “İnformator.az"a Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Azərbaycanın AQEM-dəki rolu kifayət qədər strateji əhəmiyyət kəsb edir:

 

"Azərbaycan bu gün bir çox beynəlxalq platformalarda uğurlu inteqrasiya layihələri həyata keçirir. Təşkilata üzv olan 30-a yaxın dövlət arasında Azərbaycanın strateji tərəfdaşları var. Ölkəmiz bir çox layihələrin ideya müəllifidir, məhz buna görə də 2024-2026-cı illər üzrə sədrliyin Azərbaycana həvalə olunması təsadüfi deyil. Əvvəllər daha çox nəqliyyat və logistika layihələri ilə tanınan ölkəmiz, artıq qadın haqları, gənclər, süni intellekt və rəqəmsal iqtisadiyyat kimi aktual sahələrdə də yeni təşəbbüslər irəli sürür".

 

Deputatın sözlərinə görə, payızda Bakıda keçiriləcək sammitdə mühüm qərarlar qəbul olunacaq: AQEM-in tam şəkildə beynəlxalq təşkilata çevrilməsi üçün Nizamnamənin qəbulu və idarəetmə mexanizmlərinin yaradılması; Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Qadınlar Şurası"nın yaradılması və fəaliyyət planının genişləndirilməsi; nəqliyyat dəhlizləri, "yaşıl gündəlik" və innovativ texnologiyalar üzrə yeni strategiyaların müəyyən edilməsi.

 

Azər Allahverənov vurğulayıb ki, Bakı sammiti həm Asiyada təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edəcək. Bu tədbir ölkəmizin sədrlik dövründəki uğurlarının nümayişi üçün tarixi bir mərhələ olacaq.

 

Mələk Hüseynova

#gündəm #dövrü" #bakı #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər