00:00:00
Yazar
Admin User
20.11.2015 09:03 504 1 dəq oxuma
Sosial

Bakı Dövlət Universitetidə aztəminatlı ailələrdən olan tələbələrə yardım edilib

Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılğı ilə aztəminatlı ailələrdən olan tələbələrin bir qrupu ilə görüş keçirilib
Bakı Dövlət Universitetidə aztəminatlı ailələrdən olan tələbələrə yardım edilib

Bakı Dövlət Universitetidə aztəminatlı ailələrdən olan tələbələrə yardım edilib

Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılğı ilə aztəminatlı ailələrdən olan tələbələrin bir qrupu ilə görüş keçirilib. Görüşü giriş sözü ilə açan Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov öncə THİK-in fəaliyyəti haqqında məlumat verib, təşkilatın sosialyönümlü fəaliyyəti haqqında danışıb. D.Qənbərov aztəminatlı ailələrdən olan tələbələri bu imkanlardan, maddi dəstəkdən yararlanmağa dəvət edib. Bildirib ki, təşkilat hər ay 30 tələbəyə təqaüd həcmində maddi yardım, 30 tələbəyə gündəlik pulsuz nahar yeməkləri, xüsusi təqaüdlər və s. maddi köməkliklər göstərir.
THİK-i Sosial məsələlər komissiyasının sədri E.Qarayev bildirib ki, görüşdə iştirak edən tələbələr fakültə büroları tərəfindən araşdırılıb və müəyyənləşdirilib.
Daha sonra tələbələrin təklifləri dinlənilib, sualları cavablandırılıb.
Görüşün sonunda 40 nəfər tələbəyə 70 manat həcmində maddi yardım edilib, 15 nəfər tələbə pulsuz nahar yeməkləri ilə təmin olunmaq üçün mövcud siyahıya əlavə olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər