Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin aktiv tələbələri mükafatlandırılıb
Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının Jurnalistika fakültəsində "2 Fevral – Azərbaycan Gəncləri Günü" münasibətilə idarə heyətinin aktiv tələbələri mükafatlandırılıb.
Mükafatlandırma zamanı Tələbə Gənclər Təşkilatının Jurnalistika fakültəsi üzrə sədri Namiq İslamzadə əvvəlcə tələbələrlə gəncliyin önəmi, karyera quruculuğu və gələcək planlar haqqında danışıb. Daha sonra idarə heyəti üzvləri üçün gətirdiyi hədiyyələrin simvolik mənasını açıqlayaraq tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Fakültə sədri çıxışında bildirib ki, hədiyyə olaraq seçilən maşın uğur və inkişafa aparan yolu simvolizə edir. Bu, eyni zamanda sükanın gənclərin əlində olduğunu göstərir. O, vurğulayıb ki, sükanı düzgün idarə etməklə gənclər bu yaşda özlərini necə inkişaf etdirərlərsə, gələcəklərini də elə o cür formalaşdırmış olurlar. Namiq İslamzadə qeyd edib ki, Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsi və Tələbə Gənclər Təşkilatı inkişaf anlayışı ilə birbaşa bağlıdır.
Namiq İslamzadənin çıxışından dərhal sonra idarə heyətinin aktiv üzvləri — Nərmin Məmmədzadə, Aydan Əsgərxanlı, Mənzər Abışova, Aylin Bayraməliyeva, Brilliant Əzimzadə, Eslanda Kulieva, Zəhra Məlikova, Selcan Sultanova, Gülnar Mustafayeva, Solmaz Ələkbərli, Gülay Səlifova, Ayan Əsgərova, Ayan Sədi, İrşad Bədəlzadə, Nərgiz Əzizli, Aysu Salahova, Fidan Şahbazlı, Aysel Şıxməmmədova, Səidə Nəsirova və Fatimə İbrahimova sertifikat və hədiyyələrlə təltif olunublar.
