00:00:00
Yazar
Admin User
29.12.2025 19:10 163 2 dəq oxuma
Sosial

Bakı küçələrində strit-art

Bakı küçələrində strit-art

Strit-art (küçə incəsənəti)- şəhər mühitində, yəni küçələrdə, divarlarda, yeraltı keçidlərdə yaradılan sənət formasıdır.

Bu, graffiti, stikerlər, şablonlar, urban knitting kimi müxtəlif formaları əhatə edir və adətən mesaj xarakterli olur.

 

İnformator.az” saytı olaraq insanların fikirlərini və strit-artçılığın çətinliklərini öyrəndik.

 

Saytımıza danışan gənc Nəsibov Fuad strit-artın şəhəri daha maraqlı etdiyini deyir:

 

“Strit-art şəhərə rəng qatır, küçələri adi beton divarlardan daha canlı və maraqlı edir. Mən gördükcə xoş oluram, həm də şəhərdə gəzmək daha maraqlı olur”.

 

Şəhər sakini Lalə Xanməmmədova maraqlı əsərlərin küçəni gözəlləşdirdiyini deyir:

 

“Hər bir rəsmdə xüsusi bir mesaj olur. Ən əsasıda bəzən əsərlər insanı düşündürür”.

 

Mövzu ilə bağlı olaraq strit-artçı Turan İbayeva öz fikirlərini bölüşüb. O, 2014-dən bu işlə məşğul olduğunu qeyd edib:

 

“2014-cü ildən başlayaraq bu janrda işləyirəm və görürəm ki, küçələrə qoyulan hər bir rəsm insanların gündəlik həyatına rəng qatır, onlara ilham verir. Küçədə strit-art yaratmaq zamanı ən böyük çətinliklərdən biri hava şəraitidir. Yağışlı günlərdə divarlara rəsm çəkmək çox çətindir. Bəzən müəyyən küçələrdə və ya binalarda rəsmlərin çəkilməsi üçün icazə alınması tələb olunur və bu icazə olmadan iş görmək mümkün deyil. Bu da işin məhdudlaşmasına səbəb olur”.

 

Strit-artçı Turan İbayeva bildirib ki, onun üçün ilham mənbələrindən biri məşhur rəssam Fabio Gomes Trindadedir:

 

“Fabio Gomes Trindadenin fərqli və özünəməxsus üslubu mənə çox maraqlıdır. Onun rənglərdən və detallardan istifadə etməsi mənə yeni fikirlər verir, işlərimi daha fərqli və maraqlı etmək istəyirəm”.

 

O, “Əsərləriniz qalereyada yox, məhz küçədə qalması nə ifadə edir sizin üçün?” sualına cavabı belə verib:

 

“Əsərlərin qalereyada yox, divarlarda qalmasının böyük üstünlüyü ondadır ki, bu rəsmlər illərlə orada qala bilir, zamanla itib batmırlar. Divar üzərində çəkilən əsərlər şəhərin parçasına çevrilir. Beləcə, əsərlərim zamanla insanların yaddaşına və şəhərin tarixinə həkk olunur. Əsərlər daha çox insan tərəfindən görülür və qiymətləndirilir. Həmçinin, divarlarda qalmaq rəsmə canlılıq və davamlılıq verir”.

 

 

 

Zəri Bayramlı 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər