00:00:00
Yazar
Admin User
07.11.2025 13:42 146 1 dəq oxuma
Sosial

“Bakı Metropoliteni” bayramda gücləndirilmiş rejimdə işləyəcək

“Bakı Metropoliteni” bayramda gücləndirilmiş rejimdə işləyəcək

“Bakı Metropoliteni” QSC noyabrın 8-də keçiriləcək Zəfər Gününə həsr olunmuş hərbi parad və konsert proqramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək.

 

“İnformator.az” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

 

Məlumata görə, paytaxtın mərkəzində yerləşən “İçərişəhər”, “Sahil” və “28 May” stansiyalarında nəzarət və növbətçilik mexanizmləri artırılacaq, sərnişin axınının tənzimlənməsi üçün əlavə işçi qüvvəsi cəlb olunacaq.Sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə ehtiyac yaranarsa, ehtiyat qatarlar da xəttə buraxılmağa hazır vəziyyətdə saxlanılacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər