00:00:00
Yazar
Admin User
21.01.2016 08:07 381 1 dəq oxuma
Sosial

Bakı metropolitenin ən böyük stansiyası bu il istifadəyə veriləcək

Bakı metropolitenində bənövşəyi xətt üzrə inşa olunan “Avtovağzal –Memar Əcəmi 2” stansiyasiyaları bu ilin 1-ci yarısında istifadəyə veriləcək.

İnformator xəbər verir ki, bunu  İnterAz-a açıqlamasında  Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Nəsimi Paşayev qeyd edib ki, həmin stansiyalarda bütün işlər demək olar ki yekunlaşıb.

7 giriş və çıxışdan ibarət \"Avtovağzal\" stansiyası Bakı metropolitenin ən böyük stansiyası olacaq. Dövlət Proqramı əsasında, hazırda 23 stansiyası və 1 elektrik deposu olan Bakı Metropoliteninin bənövşəyi xəttinin inşası davam etdirilir. Tikintinin birinci beşillik planına görə, bu xəttin 5 stansiyası inşa olunacaq. 12 stansiyadan ibarət olacaq bu xətt Beynəlxalq Avtovağzal Kompleksindən başlamaqla Qaraçuxur qəsəbəsinə qədər uzanacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər