00:00:00
Yazar
Admin User
22.12.2025 17:49 85 1 dəq oxuma
Sosial

Bakı Metropoliteninin yığılan zərəri 3 milyard manatı keçib

Bakı Metropoliteninin yığılan zərəri 3 milyard manatı keçib

“Bakı Metropoliteni” QSC 2024-cü ili 139,616 milyon manat zərərlə başa vurub. Bu, 2023-cü illə müqayisədə 81,6 % çoxdur.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, Bakı metropoliteninin zərərlə işləməsinin başlıca səbəbi onun xərc hissəsinin həddindən artıq yüksək olmasıdır, gəlir hissəsi deyil:

 

"Son illərdə metropolitenin rəhbərliyində bir neçə dəyişiklik baş versə də, xərclərin optimallaşdırılması ilə bağlı konkret və şəffaf proqram elan olunmayıb. Əsas problemlər xərclərin şişirdilməsidir. Təmir xərcləri və satın almalar reallıqdan çox yüksək göstərilir. Tender prosesləri şəffaf deyil və qiymətlər süni şəkildə artırılır. Bu da ümumi xərc yükünü artırır və maya dəyərinə təsir edir. Digər problemlərdən biri də satınalma və tikinti xərcləridir.  Yeni vaqonlar dövlət vəsaiti ilə alınır. Metro stansiyaları dövlət büdcəsi hesabına tikilir.   Bütün bunlara baxmayaraq, metropoliten yenə də ziyanla işləyir. Üçüncü problem gəlir problemidir. Gediş haqqı maya dəyərini ödəmir deyə bəyanatlar verilsə də, metropoliten dövlət dotasiyası alır. Yəni gəlir problemi əslində ikinci dərəcəlidir.

 

Nəticə olaraq, əgər idarəetmə optimal olsa, Bakı Metropoliteninin ziyanla işləməsi üçün ciddi səbəb yoxdur. Əsas məsələ xərclərin şəffaf, məqsədəuyğun və real bazar qiymətləri ilə tənzimlənməməsidir. Problemin həlli üçün ciddi islahatlara və effektiv nəzarət mexanizmlərinə ehtiyac var". 

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər